13.6 C
Gence
13.6 C
Gence

Təlim-Məşq Mərkəzi istifadəyə verilib

Gəncədə Təlim-Məşq Mərkəzinin açılışı olub. Bu haqda 22 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Tədbir Cüdo Federasiyasının 50 illik yubileyində baş tutub. Açılışda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, icra başçısı Niyazi Bayramov, Olimpiya çempionu Elnur Məmmədli, idarə, müəssisə, təşkilat rəhbərləri, məşqçilər  və idmançılar iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, 2022-ci il ərzində Azərbaycan yığma komandası müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirlərdə ümumilikdə 194 medal qazanıb ki, bunlardan 66-sı qızıl, 55-i gümüş, 73-ü bürünc medallardır.

Daha sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib.

Ən Çox Oxunan