ADAU-da tələbələrin valideynləri arasında sorğu keçirilib. Bu haqda məlumatı iyulun 27-si təhsil ocağına istinadən veririk.
Aqrar Universitetində Respublika ali təhsil müəssisələri arasında ilk dəfə olaraq valideyn sorğusu həyata keçirilib. Məqsəd valideynlərin övladlarının ADAU-da aldığı təhsil ilə bağlı fikirlərini öyrənmək, tədris prosesinin təşkilində maraqlı tərəf kimi valideyn-universitet əməkdaşlığını inkişaf etdirməkdir.
Həyata keçirilmiş sorğuda 800 valideyn iştirak edib. Nəticədə bəlli olub ki, valideynlərin 63%-i övladlarının imtahan qiymətlərini onlara çatdırılmasını arzu ediblər. Bunun üçün universitet rəhbərliyi onlara yeni imkan yaradıb.
Valideynlər aşağıda qeyd edilmiş liknkdən keçid edərək övladlarının Fərdi İdentifikasiya Nömrəsini (FİN) daxil edib, onun akademik nəticələri ilə tanış ola bilərlər:
http://tnis.adau.edu.az/forparents/fps.php