Gəncədə intellektual oyun keçirilib. Bu haqda 3 aprel tarixində Gənclər Evinə istinadən məlumat veririk.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə yarış 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub. Turnir Gənclər Evinin İntellektual klubu tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında təşkil edilib.
Burada 50-yə yaxın gənc mübarizə aparıb. İntellektual oyunun nəticələri aşağıdakı kimidir:
- “Yüksək Voltaj” komandası (ADAU) – I yer;
- “Requiem” komandası (GDU) – II yer;
- “Cahillər” komandası (ADAU) – III yer.