5.8 C
Gence
5.8 C
Gence

Tələbələr “Şəhidlər ölmür” müsabiqəsinə qatıla bilərlər

Gəncədə “Şəhidlər ölmür” adlı yazılı tərcümə müsabiqəsi keçiriləcək. Bu haqda Gencexeber.az-a 18 oktyabr tarixində məlumat daxil olub.

“Şuşa ili” çərçivəsində təşkil olunan müsabiqə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçiriləcək. Tələbələr ingilis, rus, alman və fransız dillərində  “Qarabağ” mövzusuna həsr olunan inşa hazırlamalıdırlar. Son qeydiyyat tarixi oktyabrın 24-dür. Qaliblər Fəxri Fərman və mükafatla təltif olunacaqlar.

Müsabiqə oktyabrın 28-i saat 12:00-da sözügedən təhsil müəssisəsinin 1-ci korpusunda baş tutacaq.

 

Ən Çox Oxunan