5.8 C
Gence
5.8 C
Gence

Təhsil nazirinin müavini Gəncəyə gəlib

Təhsil nazirinin müavini Muxtar Məmmədov Gəncəyə səfər edib. Bu haqda 4 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İlk öncə Heydər Əliyevin abidəsi önünə güllər qoyulub. Daha sonra Şəhər Təhsil İdarəsinin binasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin kollektivlə tanışlığı baş tutub. Tədbirdə Muxtar Məmmədov, icra başçısının birinci müavini Səməd Tomuyev, Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun baş məsləhətçisi Əhliyyət Adıgözəlov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon (şəhər) təhsil şöbə və idarələrin əməkdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Ən Çox Oxunan