13 C
Gence
13 C
Gence

Təhsil naziri Gəncəyə səfər edib

Təhsil naziri 22 sentyabr tarixində Gəncədə gimnaziyanın açılışını edib. Bu haqda Gencexeber.az Report-a istinadən məlumat verir.

Emin Əmrullayev Gəncə şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın açılış mərasimində iştirak edib. Mərasimdə nazirlə birgə Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Təhsil İdarəsinin işçiləri də olub.

Gəncə səfəri zamanı nazir Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində açılacaq “STEAM” mərkəzinin və Gəncə Dövlət Universitetinin yataqxanasının açılışında da iştirak edəcək.

Ən Çox Oxunan