17.5 C
Gence
17.5 C
Gence

Tədrisi Azərbaycan dilindən fərqli dillərdə alanlar üçün imtahan keçiriləcək

Gəncədə şagirdlər növbəti imtahana hazırlaşırlar. Bu haqda 3 may tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Dövlət imtahan mərkəzi 7 may tarixində tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları çərçivəsində Azərbaycan dili imtahanı keçirəcək. Həmin gün ali və orta təhsil müəssisələrinə qəbul imtahanını fərqli dildə verən əvvəlki illərin məzunları üçün də imtahan olacaq.

Gəncədə ümumi olaraq 1530 nəfər imtahan qatılacaq.

Ən Çox Oxunan