Göygöldə 12 oktyabr tarixində Gəncə sakini saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi məlumat paylaşıb.
Bir neçə gün öncə sosial şəbəkələrdə it döyüşlərinin təşkili ilə bağlı video yayımlanmışdır. Bu səbəbdən DİN-nin əməkdaşları araşdırmalar aparıb.
Nəticədə həmin döyüşləri təşkil edən Gəncə sakini Rəşad Ələsgərov saxlanılıb. O, hər it sahibindən 200 manat, izləyici qismində gələnlərdən isə 5 manat aldığını bildirib. Etdiyi əmələ hüquqi qiymət verilməsi üçün toplanan materiallar məhkəmə orqanlarına göndəriləcək.
Qeyd edək ki, Rəşad Ələsgərovdan başqa, yarışı təşkil edən daha dörd nəfər saxlanılıb. İştirak edənlərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.