13.6 C
Gence
13.6 C
Gence

Təcridxanada 54 yaşlı kişi ölüb

Təcridxanada məhbus dünyasını dəyişib. Bu haqda məlumatı noyabrın 18-i Qafqazinfo.az-a istinadən veririk.

54 yaşlı İftixar Süleymanov qəfil vəfat edib. Onun infarkt səbəbindən öldüyü məlum olub. Hadisə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında qeydə alınıb.

Bildirilib ki, İ.Süleymanov əvvəllər dəfələrlə məhkum olub. O, son olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan