Gəncədə xəstəxanalardan birinə təyinat olunub. Bu haqda 30 may tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Təyinat Şəhər Birləşmiş Xəstəxanasında edilib. Artıq Samir Xaqani oğlu Məhərrəmov Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edəcək. Bundan əvvəl o, Abbas Səhhət adına xəstəxananın Təcili Yardım şöbəsinin həkimi kimi çalışıb.
Qeyd edək ki, Samir Məhərrəmov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 2007-2008-ci illərdə Bakıda 3 saylı Şəhər Klinik Xəstəxanasında Terapiya ixtisası üzrə internatura kursu keçib. 2008-2010-cu illərdə N saylı Hərbi hissədə Briqada tibb məntəqəsinin rəisi, 2015-2018-ci illərdə isə Mərkəzi Neftçilər Xəstəxanasında Təcili Tibbi Yardım üzrə həkim kimi fəaliyyət göstərib.