16.4 C
Gence
16.4 C
Gence

Təcili tibbi yardıma müraciətlərin sayı rekord həddə çatıb

Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı açıqlanılıb. Bu haqda Gencexeber.az 9 dekabr tarixində Kəpəz TV-yə istinadən məlumat verir.

Təcili tibbi yardıma daxil olan müraciətlər, əsasən, yuxarı tənəffüs yollarının xəstəlikləri, boğaz nahiyəsində müəyyən xəstəliklər, hərarətin olması, revmatik xəstəliklərlə bağlıdır.

Son 1 ayda təcili yardımda rekord sayda – 8588 çağırış zəngi qeydə alınıb. Bir gün ərzində 250-yə qədər çağırış daxil olurdusa, indi bu rəqəm 350-yə çatıb.

Ən Çox Oxunan