TƏBİB və UNİCEF nümayəndələri Gəncəyə gəliblər. Bu haqda 29 mart tarixində şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat veririk.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və UNİCEF Azərbaycan Nümayəndəliyinin əməkdaşları bu gün UNİCEF ilə birgə icra olunan layihələrin cari vəziyyətini izləmək məqsədilə tədbirdə iştirak ediblər. Bura, həmçinin pediatrlar və patronaj tibb bacıları da qatılıblar.
Daha sonra qonaqlar Perinatal Mərkəzi ziyarət ediblər.