11.9 C
Gence
11.9 C
Gence

Sumqayıtlı narkokuryer Gəncədə saxlanılıb

Gəncədə narkokuryer tutulub. Bu haqda 2 fevral tarixində Oxu.az-a istinadən məlumat veririk.

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları əməliyyatlar keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Ramil Əliyev sosial şəbəkələr üzərindən İran vətəndaşının Gəncə şəhəri ərazisində gizlətdiyi narkotik vasitəni 6000 manat qarşılığında Bakı şəhərinə gətirməyə razılaşıb.

O, Gəncə şəhərində saxlanılıb. Əliyev Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 9 kq 507 qram heroin və 30 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs və maddi sübutlar istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan