“Gəncə Cihazqayırma Zavodu” ASC-yə istismar üçün yarasız olan sayğacların istehsalata yenidən qaytarılmasına dair işlər görülür. Bu haqda yanvarın 15-i Apa.az-a istinadən məlumat veririk.
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib ki, əhali abonent qrupu üzrə qaz sayğaclarının istismar müddəti 10-20 il arasıdır. Beş ildən bir sayğaclar dövlət yoxlanılmasına çıxarılır. Yoxlamadan keçən sayğacların təqribən 15-20% yararsız çıxır.
“Biz sözügedən müəssisə ilə danışıqlar aparırıq. Yəni yaxın gələcəkdə həmin yararsız çıxan sayğacların tam istehsalata qayıtması üçün işlər aparılır”, – deyə R. Əliyev qeyd edib.