14.7 C
Gence
14.7 C
Gence

İstifadə müddəti bitmiş preparatların satış yerləri müəyyən edilib

İstifadə müddəti bitmiş pestisid və aqrokimyəvi maddələrin satış yerləri aşkar edilib. Bu haqda sentyabrın 26-sı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.

Qurumun müfəttişləri Gəncədə pestisid və aqrokimyəvi maddələrin satış yerlərində yoxlamalar keçiriblər. Nəticədə istifadə müddəti bitmiş preparatların satış yerləri müəyyən edilib. Onların harada yerləşməsi və kimə məxsus olması aşağıda qeyd olunub:

  • “Qrand Qafqaz” ticarət mərkəzi – Vahid İsmayılov və Zahirə Məmmədova;
  • Tağı Arani küçəsi, Kimyaçılar küçəsinin kəsişməsi – Elşən Rüstəmov;
  • Tağı Arani küçəsi, döngə 1 – Bayram Məmmədov;
  • Tağı Arani küçəsi, döngə 1 – Faiq Mirzəyev;
  • Tağı Arani küçəsi, döngə 1, “Gəncə Abad” ticarət mərkəzi – Şahin Rüstəmov;
  • Tağı Arani küçəsi, döngə 1, “Gəncə Abad” ticarət mərkəzi – Arif Abbasov;
  • Gəncə Avtomobil Bazar Kompleksi – Mirdaməd Həsənov.

İstifadəyə yararsız hesab olunan preparatların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı Agentlik tərəfindən müvafiq qərar qəbul ediləcək.

Ən Çox Oxunan