25.3 C
Gence
25.3 C
Gence

Statistika komitəsinin Gəncə şəhər struktur bölməsinə vakant yer açılıb

Gəncə şəhər statistika idarəsində aparıcı məsləhətçi vəzifəsinə vakant yer açılıb. Bu haqda məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsində yerləşdirilib.

İşçi, qurumun Gəncə şəhər statistika idarəsi, statistik məlumatların toplanması və təhlili sektoruna qəbul ediləcək. Əmək haqqı 505 manat məbləğində müəyyənləşdirilib. Bu linkə keçib vəzifə öhdəlikləri və namizədə olan tələblər haqqında məlumat əldə etmək olar.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 22 sentyabr 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, sənəd qəbulu başa çatdıqdan sonra namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında www.dim.gov.az internet portalında məlumat əldə edə bilərlər.

Ən Çox Oxunan