25.3 C
Gence
19.5 C
Ganja

İstanbul-Gəncə-İstanbul reysləri fasiləsiz olaraq davam etdiriləcək

“Pegasus Airlines”-ın İstanbul-Gəncə-İstanbul reysləri normal rejimdə həyata keçiriləcək. Bu haqda məlumatı Trend.az-a istinadən veririk.

Türkiyənin “Pegasus Airlines” aviaşirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Rəcəb Kərimovun sözlərinə görə, strateji planlaşdırma ilə əlaqədar Bakı-Alanya-Bakı reysinə bilet satışlarını iyul ayından etibarən dayandırır.

Həmçinin o bildirib ki, dəyişikliklər “Pegasus Airlines”-ın İstanbul-Gəncə-İstanbul reyslərinə şamil olunmur.