26.4 C
Gence
26.4 C
Gence

ÜST-ün nümayəndə heyəti Gəncəyə səfər edib

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəsi Gəncədə səfərdə olub. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

Hande Harmancının başçılıq etdiyi nümayəndə heyəti Gəncədə icra hakimi ilə görüşüb. Tədbirdə pandemiya ilə mübarizə və vaksinasiya prosesinin gedişatı müzakirə olunub. Qonaqlara reyd və monitorinqlərin aparılması, vaksinasiya prosesinin 14 məntəqədə uğurla davam etməsi haqda məlumat verilib. Qeyd olunub ki, dövlət və özəl tibb müəssisələri ilə yanaşı, sosial yönümlü obyektlərdə də məntəqələr qurulub.

“Gəncə Şəhər Birləşmiş Xəstəxanaları” PHŞ-nin direktoru Nazim Əhmədov ötən il Gəncə şəhərində istifadəyə verilmiş 200 çarpayılıq, tam təchizatlı yeni modul tipli xəstəxanada hazırda 118 COVID-19 xəstəsinin müalicə aldığını bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan