25.8 C
Gence
25.8 C
Gence

İsrailli nümayəndə ADAU-da olub

İsrail səfirinin müavini Gəncəyə səfər edib. Bu haqda 11 yanvar tarixində Azərabycan Dövlət Aqrar Universiteti (ADAU) məlumat paylaşıb.

Universitetdə olan Doron Pe’er rektor İbrahim Cəfərovla ADAU ilə İsrail universitetləri arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Daha sonra qonaq təhsil müəssisəsinin maddi-texniki bazası ilə tanış olub. O, biotexnologiya mərkəzinə baş çəkib. Doron Pe’er qida mühitinin hazırlanması və sterilizasiya, iqlim və əkin otaqları, laboratoriyalarda olub.

Sonda missiya rəhbərinin müavini bir qrup tələbəyə mühazirə deyib.

Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto
Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto

Ən Çox Oxunan