18.6 C
Gence
18.6 C
Gence

Sosial şəbəkələrdə müzakirə olunan şəklə ADY və DİN-dən münasibət

Gəncədə çəkildiyi iddia edilən şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu haqda Gencexeber.az-a 17 may tarixində məlumat daxil olub.

Sosial şəbəkələrdə dəmir yolunun yarısına qədər uzanan hasarın fotoşəkli yayılıb və mənzərənin Gəncədə çəkildiyi iddia edilib. Məsələ ilə bağlı rəsmi qurumlar açıqlama verib.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova bildirib ki, ADY-nin infrastrukturunda, nə də istismar olunan dəmir yolu xətlərində belə yol mövcud deyil.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, foto Azərbaycanda çəkilməyib.

“Araşdırmalarla məlum olub ki, fotoşəkil 2 gün öncə xarici ölkələrdən birinin sosial şəbəkə seqmentində yayılıb”, – deyə rəsmi şəxs qeyd edib.

Ən Çox Oxunan