22.5 C
Gence
22.5 C
Gence

İslam Əməkdaşlığı Təşkilatının üzvləri Gəncəyə səfər ediblər

İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri 25 sentyabr tarixində Gəncəyə səfər edib. Bu haqda Gencexeber.az Report.az-a istinadən məlumat verir.

Səfər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə baş tutub. Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-ın üzvü Aydın Səfixanlı və heyət üzvləri Gəncədə faktaraşdırıcı missiyanı həyata keçirirlər. Monitorinq zamanı ağır artilleriya və raket atəşinə məruz qalmış, ciddi ziyan dəymiş yaşayış binalarına, mülki obyektlərə, tarixi-mədəni abidələrə və digər ictimai obyektlərə baxış keçirilib, həyatını itirənlərin ruhuna dualar oxunub.

Bununla yanaşı, səfər çərçivəsində yenidənqurma işləri ilə tanış olublar. Aparılan işlərin sürətlə həyata keçirilməsi yüksək qiymətləndirilib.

Sonda beynəlxalq təşkilatlara və ictimaiyyətə təqdim ediləcək hesabat hazırlanıb.

Qeyd edək ki, aparılan monitorinqin nəticələrinin dəyərləndirilməsi üçün Gəncə şəhərində mətbuat konfransı keçirilib.

Ən Çox Oxunan