Gəncədə zəhərlənmə hadisəsi baş verib. Bu haqda 17 noyabr tarixində Report-a istinadən xəbər veririk.
Hadisə şəhərin Məhsəti qəsəbəsinin 8-ci küçədə yerləşən evlərindən birində qeydə alınıb. 37 yaşlı Daşkəsən rayon sakini Ə.Bağırov sirkə turşusundan zəhərlənib. O, 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Zəhərlənən kişi səhiyyə ocağında vəfat edib.