26.4 C
Gence
26.4 C
Gence

Sifarişli ASAN xidmət artıq Gəncədə

ASAN Xidmət Gəncədə yenilik edib. Bu haqda 15 fevral tarixində xidmətin Facebook səhifəsində məlumat paylaşılıb.

Sakinlər artıq evlərini tərk etmədən xidmətlərdən yararlana biləcəklər. Sifarişli səyyar ASAN xidmət vasitəsilə aşağıdakılardan yararlanmaq olar:

  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  • Məhkumluq barədə arayışların verilməsi;
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  • Asan İmza sertifikatının verilməsi.

Qeyd edək ki, xidmət ödənişlidir. Yararlanmaq istəyənlər 108 nömrəsinə zəng və ya www.asan.gov.az saytına müraciət edə bilərlər.

Ən Çox Oxunan