19.7 C
Gence
18.5 C
Ganja

Sevinc qəsəbəsində işıqlandırma sistemi quraşdırılır

Əhalinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə işlər görülür. Bu haqda məlumat Gencexeber.az-a martın 18-i daxil olub.

Sözügedən işlər “qospital” adlandırılan ərazidə aparılır. Aidiyyəti qurumun əməkdaşları bu gün səhər saatlarında qazıntı işlərinə start veriblər. Orada elektrik xətləri yerin altına basdırılıb. İşçilər adıçəkilən qəsəbənin girişinə gətirilən yeni işıq dirəklərini yük maşınından boşaldıblar.

Qeyd edək ki, Gəncədə icra edilən yeni layihə çərçivəsində 400-dən çox küçədə 8000 işıq dirəyinin quraşdırılacağı gözlənilir.

Xatırladaq ki, şəhərin müxtəlif hissələrində quraşdırılan işıqlandırma sistemlərinin istifadə edilməməsi haqda xəbər vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az