16.4 C
Gence
16.4 C
Gence

Sel aparan iki nəfərin çaydan meyiti tapılıb

Gəncədə iki nəfərin meyiti aşkar edilib. Bu haqda Gencexeber.az-a 26 may tarixində DİN tərəfindən məlumat daxil olub.

Göygöl rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində 22 yaşlı İbrahim Qurbanovun intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına düşərək axıb getməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində 69 yaşlı Muxtar Hüseynov və İbrahimin meyitləri səhər saatlarında Gəncəçayın Gəncə şəhərindən keçən hissəsində tapılıb.

Hər iki cəsəd çıxarılaraq müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Ən Çox Oxunan