Gəncədə əsas kapitala yönəldilmiş məbləğ xeyli artıb. Bu haqda 20 may tarixində Fed.az-a istinadən məlumat veririk.
Bu ilin yanvar-mart aylarında əsas kapitala 19,7 milyon manat yönəldilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,5 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 75,7 faizi dövlət, 24,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olub. Onların 17,5 milyon manatı və ya 86,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub və 73,1 faiz artıb.
Bundan başqa, yanvar-mart aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 8,9 milyon manat təşkil edib. Bunun 4,5 milyon manatını (50,8 faizini) hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 4,4 milyon manatını (49,2 faizini) isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil edib.