12.5 C
Gence
10.5 C
Ganja

“Sarı-göylər” “Sərhədçi”nin qonağı olacaq

Gəncə təmsilçisi növbəti rəqibi ilə qarşılaşacaq. Bu haqda 20 noyabr tarixində basketbol klubuna istinadən məlumat veririk.

Oyun Azərbaycan Basketbol Liqasının V turu çərçivəsində gerçəkləşəcək. “Gəncə” BK “Sərhədçi”yə qarşı oynayacaq. Matç Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.

Tərəflər 23 noyabr saat 18:00-da görüşəcək.

Oyun canlı olaraq Basketbol Federasiyasının YouTube kanalında yayımlanacaq.

Ən Çox Oxunan