Gəncə təmsilçisi yeni legionerlərini qarşılayıb. Bu haqda 2 oktyabr tarixində Bizim.Media-ya istinadən xəbər veririk.
“Kəpəz” danışıqda olduğu legionerləri qəbul edib. Söhbət Afrikanın malili hücumçusu Adama Diane və portuqaliyalı qapıçı İqor Rodrigesdən gedir.
Afrikalı hücumçunun son klubu İranın “Nassaji” klubu olub. Avropalı isə bundan öncə öz ölkəsinin “Feyrense” klubunda çıxış edib.
Hər iki legionerin növbəti turda “sarı-göylər”in heyətində olacaqları gözlənilir.