Gəncə təmsilçisinə cərimə və xəbərdarlıq edilib. Bu haqda 19 sentyabr tarixində Peşəkar Futbol Liqasına istinadən məlumat veririk.
“Kəpəz” matç zamanı iki dəfə əsasnamənin tələblərini pozub. Misli Premyer Liqasının VI turunun “Kəpəz” – “Səbail” oyunundan sonra klubumuza xəbərdarlıq edilib. Buna səbəb oyunda internetin olmaması olub.
Həmçinin “sarı-göylər” – “Səbail-2” görüşündən sonra 100 manat cərimə olunub. Buna səbəb olaraq oyun zamanı Təcili Tibbi Yardım avtomobilinin təyin olunmuş vaxtdan gec gəlməsi göstərilir.