25.3 C
Gence
19.5 C
Ganja

Samuxda oğurlanan iribuynuzlu heyvan Gəncədə satılıb

İki nəfər oğurladıqları iribuynuzlu heyvanı Gəncədə satıblar. Bu haqda məlumatı iyulun 27-si Oxu-ya istinadən veririk.

Samux Rayon Polis Şöbəsinə bir baş iribuynuzlu heyvanın oğurlaması haqda məlumat daxil olmuşdur. Əməkdaşlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

Nəticədə qohumuna məxsus bir baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Valeh Qurbanov və tanışı Sənan İsmayılov saxlanılıblar. Dindirilmə zamanı onlar oğurladıqları heyvanı Gəncədə 300 manata satdıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.