İnvestisiya və mədəniyyət sammitinin iştirakçıları 29 oktyabr tarixində Gəncəyə səfər ediblər. Bu haqda Gencexeber.az “Real” TV-yə istinadən məlumat verir.
Sammitin iştirakçıları Nizami Gəncəvi məqbərəsini ziyarət ediblər. Səfər Gəncə Dövlət Filarmoniyasında tədbirlə başa çatıb.
Bu ziyarətin önəmli məqamlarından biri iştirakçıların ilk dəfə olaraq Gəncəyə Füzulidən təyyarə ilə gəlməsidir.
Qeyd edək ki, Gəncə səfərindən öncə onlar Füzuli hava limanından Şuşaya səfər etmişdilər.