İki Gəncə sakini “poz-qazan” lotereyaları üzrə böyük uduşlar qazanıblar. Bu haqda məlumatı sentyabrın 30-u Oxu.az-a istinadən veririk.
“Azərlotereya” ASC-nin təşkil etdiyi “poz-qazan” lotereyaları üzrə sentyabr ayında ümumilikdə 8 böyük uduş qazanılıb. Uduşların qazanıldığı bölgələr arasında Gəncə də var.
Belə ki, “Şans ulduzu” ani lotereyasında 2 uduşlu bilet Gəncə sakinlərinə qismət olub. Onlar 50.000 və 10.000 manat məbləğində mükafat qazanıblar.
Qeyd edək ki, “Qızıl” ani lotereyasında 25.000 manat Göygöldə udulub.