5.8 C
Gence
5.8 C
Gence

Sakinləri odlu silahla hədələyən şəxslərin məhkəməsi başlayır

Gəncədə quldurluq edən şəxslərin cinayət işinin ibtidai işi yekunlaşıb. Bu haqda 25 yanvar tarixində Report-a istinadən məlumat veririk.

Ötən ilin mart ayında vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq əllərindəki odlu silahla sakinləri hədələyərək pul tələb edən Seymur Məmmədov və Yaşar Hüseynovun məhkəməsi başlayır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil. Cinayət işində 3 zərərçəkmiş var.

Qeyd edək ki, hadisə zamanı şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. Yaşar Hüseynovdan 1 ədəd “Churchill” markalı ov tüfəngi və həmin tüfəngə aid patronlar aşkar edilərək götürülmüşdü.

Ən Çox Oxunan