Gəncədə qanvermə aksiyası keçiriləcək. Bu haqda 16 dekabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Aksiya İH-nin dəstəyi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən təşkil olunacaq. Bu təşəbbüs talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün həyata keçiriləcək. Aksiya 20 dekabr tarixində baş tutacaq.
İştirak etmək istəyən şəxslər qeyd olunan gündə saat 10:00-dan günün sonuna qədər Mərkəzi Qan Bankının Gəncə Bölməsinə yaxınlaşa bilərlər.
Ünvan: Sabir Hacıyev kücəsi, 2.