14.7 C
Gence
14.7 C
Gence

Sakinlər Fikrət Əmirov parkının qaranlıq olmasından narazıdırlar

Görkəmli bəstəkarın adını daşıyan istirahət guşəsi uzun müddətdir işıqlandırılmır. Bu haqda məlumat avqustun 17-si Gencexeber.az-a daxil olub.

Söhbət Fikrət Əmirov parkından gedir. Adıçəkilən istirahət guşəsində işıqlandırma sistemi işləmir. Sakinlər deyirlər ki, işıq olmadan uşaqları gəzdirə bilmirlər. Qaranlığa görə burada sahibsiz heyvanlar toplaşır və onların istirahətini pozurlar.

Xatırladaq ki, 2 ay öncə bu haqda məlumat vermişdik. Lakin vəziyyətdə heç bi dəyişiklik olmayıb.

Ən Çox Oxunan