24.7 C
Gence
24.7 C
Gence

Sakinlər ödənişsiz psixoloji yardım ala biləcəklər

Gəncədə ödənişsiz psixoloji konsultasiya xidməti fəaliyyətə başlayıb. Bu haqda 22 sentyabr tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən məlumat veririk.

TƏBİB-in tabeliyindəki müəssisələrdə psixoloq ştatı yaradılıb. Sakinlər Nizami Gəncəvi prospekti, 42 ünvanında yerləşən Gəncə şəhər Birləşmiş Xəstəxanasına yaxınlaşaraq yeni yaradılan psixoloji xidmətdən yararlana bilərlər.

Qeyd edək ki, mütəxəssislər depressiya, narahatlıq, qorxu, aşırı həyəcan və stres fonunda gündəlik həyatlarında psixoloji problemlər və sarsıntı yaşayan insanların psixoloji dəstək üçün psixoloqa müraciət etmələrini tövsiyə edirlər.

Ən Çox Oxunan