25.5 C
Gence
17.5 C
Ganja

Sahibkarların alveri azalıb, obyekt və bazarda isə satışlar artıb

Gəncədə istehlak mallarının satışı ilə bağlı məlumatlar açıqlanıb. Bu haqda avqustun 10-u Fed.az-a istinadən xəbər veririk.

Gəncə şəhər Statistika İdarəsindən verilən məlumata görə, fərdi sahibkarların alveri azalıb, obyekt və bazarda isə satışlar artıb.

2022-ci ilin yanvar-iyun aylarında Gəncədə istehlak mallarının 21,2 faizi ticarət müəssisələrində, 57,7 faizi fərdi sahibkarlar tərəfindən, 21,1 faizi isə bazar və yarmarkalarda satılıb.

2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 33,8 faiz, bazar və yarmarkalarda 25 faiz artıb, fərdi sahibkarlar üzrə isə 12,3 faiz azalıb.

Hesabat dövründə ticarət şəbəkəsindən hər bir şəhər sakini orta hesabla ayda 301,7 manatlıq, o cümlədən 135,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 166,5 manatlıq qeyri-ərzaq malları alıb.