Elmar Vəliyevə məxsus olduğu iddia edilən hotel hasara alınıb. Bu haqda məlumatı oktyabrın 3-ü Gancapost.info-ya istinadən veririk.
Gəncənin Hacıkənd qəsəbəsində inşası yarımçıq qalan hotel hasarlanıb. Obyektin Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə məxsus olduğu iddia edilir.
Qeyd edək ki, beşmərtəbəli binanın tikintisi uzun illər yarımçıq saxlanılıb. Tikili yararsız və istifadəsiz vəziyyətdə qalıb.