19.7 C
Gence
18.5 C
Ganja

Sabiq DYP rəisinin oğlu Goranboy RPŞ-yə təyinat alıb

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisinin oğlu yeni təyinat alıb. Bu haqda Gencexeber.az 19 oktyabr tarixində Unikal-a istinadən məlumat verir.

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis leytenantı Ramin Zalov Goranboy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyat müvəkkili vəzifəsinə təyin edilib.

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisi Rəhim Zalovun oğlu bu təyinata qədər Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində çalışıb.