25.6 C
Gence
20.5 C
Ganja

Sərxoş halda olan şəxs “QAZ-24” oğurlayıb

Gəncədə maşın oğurluğunda şübhəli bilinən şəxs tutulub. Bu haqda məlumatı iyulun 18-i Report-a istinadən veririk.

4-cü Polis Bölməsinə şəhər sakininə məxsus “QAZ-24” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Asayış keşikçiləri isti izlərlə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Nəticədə maşını qaçıran şəhər sakini, əvvəllər məhkum olunmuş Zahir Həsənov tutulub. Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs avtomobili qaçıran zaman sərxoş halda olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Report.az-dan foto
Report.az-dan foto