Gəncədə sərnişin və yük daşınmalarının sayı açıqlanıb. Bu haqda 16 noyabr tarixində Marja-ya istinadən məlumat veririk.
Cari ilin yanvar-sentyabr ayları üzrə nəqliyyat, infomasiya və rabitənin vəziyyəti bəlli olub. Şəhər Statistika İdarəsinin məlumatına əsasən, nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən sözügedən dövr ərzində 65,5 milyon nəfər sərnişin, avtomobil nəqliyyatı sahəsində 3,4 milyon ton yük daşınıb. 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən, birincisi 23,4, ikinci isə 14,6 faiz artıb.
İnformasiya və rabitə müəssisələri tərəfindən bu ilin ilk 9 ayı 5,5 milyon manatlıq (keçən ilin eyni dövrünə nisbətən 3,7 faiz çox) xidmət göstərilib. Onun 96,9 faizi əhali tərəfindən istehlak olunub. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin ilin müvafiq dövrünə nisbətən 2,7 faiz artıb.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 77, qeyri-dövlət sektorunun isə 23 faiz təşkil edib.