Gəncədə sərnişin və yükdaşıma ilə bağlı statistika açıqlanıb. Bu haqda 9 fevral tarixində Marja-ya istinadən məlumat veririk.
Şəhər Statistika İdarəsi 2022-ci ilin yanvar-dekabr aylarında nəqliyyat haqqında məlumatlar paylaşıb. İlkin məlumatlara əsasən, qeyd olunan dövr ərzində 73,9 milyon nəfər sərnişin, avtomobil nəqliyyatı sahəsində 4,1 milyon ton yük daşınıb. Bu göstərici 2021-ci illə müqayisədə müvafiq olaraq 27,3 və 17,1 faiz çoxdur.