13.6 C
Gence
13.6 C
Gence

Sərbəst güləş üzrə birincilik baş tutub

Gəncədə şəhər birinciliyi keçirilib. Bu haqda 22 noyabr tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Sərbəst güləş idman növü üzrə baş tutan turnir SSRİ İdman ustası Müzadil İmanovun xatirəsinə həsr olunub. Birincilik Olimpiya İdman Kompleksində Gəncə Murov İdman klubunun təşkilatçılığı ilə yeniyetmələr arasında keçirilib.

Yarışda Gəncə komandaları ilə yanaşı, Ağstafa, Yevlax, Goranboy, Tovuz, Göygöl, Qəbələ, Zaqatala, Balakən, Mingəçevir, Bərdədən də olmaqla 220 idmançı mübarizə aparıb. Sonda qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar.

Ən Çox Oxunan