Bakı-Gəncə sürət qatarında dəyişikliklər var. Bu haqda 8 avqust tarixində Report-a istinadən məlumat veririk.
10 avqust tarixindən etibarən onlayn qaydada bilet alan şəxslərin kassaya yaxınlaşmasına ehtiyac qalmayacaq. Belə ki, həmin biletlər avtomatik olaraq elektron qeydiyyatdan keçirilmiş olacaq. Onları, qatara minik zamanı, bələdçilər xüsusi aparatla yoxlayacaqlar.
Elektron biletlərin satışı qatarın yola düşməsinə 1 saat qalmış dayandırılır. Lakin vətəndaşlar əvvəlki qaydada kassadan gediş biletini əldə edə bilərlər.