16.9 C
Gence
16.9 C
Gence

Sürət qatarında fləşmob təşkil olunub

Bakı-Gəncə qatarında daha bir maraqlı təşəbbüs həyata keçirilib. Bu haqda 22 noyabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən məlumat veririk.

Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə fləşmob təşkil olunub. Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin tələbələri bəstəkarın dillər əzbəri olan “Qatar” mahnısını ifa ediblər.

Həmin görüntüləri oxucularımıza təqdim edirik:

Ən Çox Oxunan