Gəncənin mərkəzində bəzi işıqforlar fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 1 iyun tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Heydər Əliyev ilə Nizami Gəncəvi prospektlərinin kəsişməsində müşahidə olunur. Bu ərazilərdə yerləşən yol tənzimləyiciləri işləmir.
Hazırda adıçəkilən yol kəsişməsində nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənmir.