10.3 C
Gence
10.3 C
Gence

Sürücülər təlimlərə cəlb olunacaqlar

Gəncədə sürücülər üçün təlimlər təşkil olunacaq. Bu haqda 25 noyabr tarixində Report-a istinadən məlumat veririk.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) respublika üzrə 8 mindən çox sürücünü təlimlərə cəlb edəcək. Onlara avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluğu, bu sahədə mövcud olan hüquq normaları, işgüzar adətlər, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və istismar xüsusiyyətləri, ilk tibbi yardımın göstərilməsi haqqında məlumat veriləcək.

Təlimlər Nazirlər Kabinetinin təsdiqlədiyi tədris proqramı əsasında yüksək ixtisaslı müəllim heyəti və təlim ustaları cəlb olunmaqla aparılacaq. İmtahanlar elektron qaydada təşkil olunacaq.

Sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığa başlamayan daşıyıcılar gələn il aprelin 8-dən beynəlxalq yükdaşımalarında iştirak edə bilməyəcəklər. Təlimlərə qatılmaq istəyən sürücülər AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Ən Çox Oxunan