Gəncədə sənayedə çalışanların maaşı açıqlanıb. Bu haqda 20 may tarixində Fed.az-a istinadən məlumat veririk.
Gəncə Şəhər Statistika İdarəsi statistik məlumatları paylaşıb. Bildirilib ki, 2023-cü ilin yanvar-mart aylarında şəhərdə sənaye sektorunda çalışanların orta aylıq əmək haqqı 684 manat təşkil edib. Müvafiq dövr ərzində dövlət sektorunda işçilərin ortalama maaşı 647,2, qeyri-dövlət sektorunda isə 739,1 manat təşkil edib.
Hesabat dövründə şəhərdə muzdla çalışan işçilərin sayı 6 694 nəfər olub. Bunlardan 4008 nəfər dövlət sektorunda, 2686 nəfər isə qeyri-dövlət sektorunda işləyir.