20.8 C
Gence
20.8 C
Gence

Səkkiz aptekdə nöqsanlar üzə çıxıb

Gəncədə bir sıra apteklərdə qayda pozuntuları aşkarlanıb. Bu haqda 23 may tarixində AQTA-ya istinadən məlumat veririk.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən apteklərdə yoxlama aparıblar. Nəticədə bir neçə aptekdə nöqsanlar üzə çıxıb. Onların siyahısını aşağıda təqdim edirik:

  • Gülüstan qəsəbəsi, İstiqlal bağının şimal tərəfində “Dokta” MMC – üzərində Azərbaycan dilində markalanma mövcud deyil;
  • M.Xələfov, ev 18 nömrəli binanın yanında “Zeytun Pharmaceuticals” MMC – yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar olunub. Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməyib;
  • Atatürk prospekti, ev 237/7 ünvanında “Şəfa-Farm” firması – məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməyib;
  • Ə.Məmmədov küçəsi, ev 3 ünvanında “Buta Farm” MMC – yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar olunub. Məhsulun etiketində məlumatlar tam və düzgün deyil;
  • Əbül-Üla Gəncəvi küçəsi, 8 ünvanında “Evro” aptek  – üzərində Azərbaycan dilində markalanma mövcud deyil. Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb;
  • Təbriz küçəsi, 54 ünvanında “Gəncə” aptek – üzərində Azərbaycan dilində markalanma mövcud deyil;
  • Şah İsmayıl Xətai prospekti ilə M.Şeyxzamanov küçəsinin kəsişməsində “Zəfəran” aptek – üzərində “dərman vasitəsi deyil və ya dərman vasitəsidir” qeydi yoxdur. Etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilməyib. Azərbaycan dilində markalanma aparılmayıb.

Bundan başqa, Əlövsət Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən “Buta Farm” MMC-də satılan “Nevron” adlı preparatın məhsullar idxal olunan zaman istifadə təlimatı və qablaşdırılması üzərində istehsalçı tərəfindən istifadə qaydası müvafiq olaraq, 12 yaşdan və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, idxalçı tərəfindən yaş həddi dəyişdirilərək “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” olaraq qeyd edilib.

Ən Çox Oxunan