Gəncədə simpozium keçiriləcək. Bu haqda 12 may tarixində Səhiyyə Nazirliyinə istinadən məlumat veririk.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin dəstəyi ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə Regional Hematoloji Simpoziumlara start verilir. İlk tədbir Gəncədə təşkil olunacaq.
Simpozium 13 may tarixində Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. Burada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim hematoloqları və işçi qrupu üzvləri talassemiya və hemofiliyalı pasiyentlərin klinik dəyərləndirilmələri, xəstə və sığorta xidmətləri mövzusunda çıxışlar edəcəklər.